ما ۵سازمان زنان ملیتهای تحت ستم جمهوری اسلامی، با نامهای "مرکز زنان کردستان ایران"، "صدای زنان اهواز (نبراس) "، "تشکل همدلین بانکان"، "کمیته زنان سازمان مدافعان حقوق بشر ترکمنصحرا" و"کانون زنان ترک"، با انتشار این بیانیه انتخابات نمایشی ١٤٠٠ جمهوری اسلامی ایران را تحریم میکنیم.
https://kdhbt.blogspot.com/2021/06/blog-post_5.html
Dr. Simin Səbri: "İranda
qadınların yeganə çıxış yolu rejimin dəyişməsidir"
Simin
Səbri: "İranda qadınların yeganə çıxış yolu rejimin dəyişməsidir"
(amerikaninsesi.org)
Dr. Simin
Səbri: "İranda qadınların yeganə çıxış yolu rejimin dəyişməsidir"
https://av.voanews.com/clips/VAZ/2021/06/11/68b71086-3648-4c54-9cb6-361926e597b7_hq.mp3?download=1
İranda prezident və Şəhər Şurası seçkiləri
ərəfəsində qeyri-fars etnik qruplara mənsub qadın hüquqlarını müdafiə edən təşkilatlar
birgə bəyanat yayaraq seçkiləri boykot etməyə dəvət ediblər.
Türk Qadınlar Mərkəzinin təmsilçisi Simin Səbri Amerikanın Səsinə müsahibədə müxtəlif qeyri-fars etnik qrupların, o cümlədən türk, kürd, ərəb və bəluc qadın təşkilatlarının bəyanatının məzmunu və hədəfləri haqda danışıb.
Hazırda İsveçdə yaşayan qadın
hüquqları müdafiəçisi və siyasi fəal Simin Səbri İranda qeyri-fars etnik
qruplardan qadın icmalarının eyni problemləri yaşadıqlarını və bunun həmin
etnik qruplara mənsub qadın fəallarının və təşkilatlarının birgə fəaliyyət
etmək və ortaq bəyanat vermək qərarına gətirib çıxardığını bildirib.
Qadın haqları müdafiəçisi
İranda qeyri-fars etniklərə mənsub qadın icmalarının gender hüququ bərabərliyi
ilə yanaşı etnik ayrı-seçkilik siyasətindən dolayı daha artıq təzyiqlərə məruz
qaldıqlarını irəli sürərək, məsələnin "Intersectionality Feminism"
analitik çərçivəsində müzakirə oluna biləcəyinə toxunub.
Simin Səbri seçkiləri boykot
etməyə çağıran bəyanatı imzalayan qadın təşkilatılarının İran İslam
Respublikasından sonra İran üçün dünyəvi, demokratik və federal hökumət
sistemini istədiklərini bildirib.
Feminist fəal İranda
seçkiləri boykot etmək üçün lazımi səbəblərin olduğunu ifadə edərək, "42
ildir ki, bu hakimiyyətin profili gözümüzün önündədir. İslam Cümhuriyyəti
qurulduqdan bəri qadınları, yəni ölkə vətəndaşlarının yarısının bir başa öz
konstitusiyasında, həmçinin şəriət qanunları ilə azadlığını, ictimai
fəaliyyətlərini məhdudlaşdıran siyasətlər tətbiq etmişdir." -deyə siyasi
fəal ifadə edib.
O, ölkədə qadınlara tətbiq
olunan ayrı-seçkilik siyasətinə toxunaraq bildirib ki, İranın qanunlarına
əsasən qadınlar prezident seçkisində iştirak edə bilər, ancaq prezidentliyə
namizəd ola bilməzlər.
Türk Qadınlar Mərkəzinin
təmsilçisi Simin Səbri İranda seçkiləri boykot etmək yolu ilə hakimiyyətin
dünya ictimaiyətində özünü legitim bir hökumət göstərmək və bu yöndə təbliğat
aparmasının qarşısının alınacağını düşünür.
O, həmçinin xalqı seçkilərdə
iştirak etməməyə çağırmaq kimi üsullarla müxalif qrupların və ya qadın
təşkilatlarının ortaq məxrəcdə fəaliyyət göstərmələrini və qadınların
əməkdaşlıq etməsini də dəyərləndirib.
Simin Səbri bəyanatın
hədəflərini və məzmununu açıqlarkən, İranda qadın hüquqları üzrə hər hansı bir
irəliləyişin və islahatların mümkün olmadığını bildirib və deyib ki, "Biz
bu nəticəyə gəlmişik ki, qadınların yeganə çıxış yolu budur ki, ümumiyyətlə
qadınlar yaxasını rejimdən qurtara bilsin."
*ضمیمه : بیانیهی پنج5 سازمان زنان ملیتهای تحت ستم دوگانه برای تحریم
انتخابات نمایشی١٤٠٠
https://kdhbt.blogspot.com/2021/06/blog-post_5.html
ما 5 سازمان زنان ملیتهای تحت ستم مضاعف،
با نامهای "مرکز زنان کردستان ایران"، "صدای زنان اهواز
(نبراس)"،
هیچ نظری موجود نیست:
ارسال یک نظر